Venesuela ABŞ-ın təcavüzünə təslim olmadığına görə ölkənin qanuni prezidenti Nikolas Maduronun qaçırılması ilə üzləşib.
Turkustan.az xəbər verir ki, bunu Telesur televiziya kanalında yayımlanan çıxışında Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges deyib. Onun sözlərinə görə, Karakas bütün ölkələrlə əməkdaşlığa açıqdır: "Biz heç bir təcavüzə təslim olmayacağıq. Əllərimiz dünyanın bütün ölkələrinə uzadılıb, onlarla iqtisadi, ticarət və enerji əməkdaşlığı axtarırıq".
Rodrigez qeyd edib ki, ABŞ-ın özü Cənubi Amerika respublikası ilə ticarət əlaqələrindən imtina edib və sonradan ona qarşı təcavüz aktı törədib: "Bizimlə əməkdaşlıq etməkdən imtina edən bir kəs bizə hücum edib. Venesuelanın özəl istehsal sektoru bazarın şaxələndirilməsini daha da stimullaşdırmağa yönəlmiş hökumət siyasətinə güvənə biləcəyini bilir". /Musavat.com/