Artıq müttəfiqimiz deyilsiniz, Qrenlandiyaya müdaxilə olsa, münaqişəyə girə bilərik - Avropadan ABŞ-yə sərt mesaj


“ABŞ artıq onun əsas müttəfiqi olmadığı üçün Avropa İttifaqı (Aİ) öz müdafiə qabiliyyətini qoruyub saxlamalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozef Borrel deyib.

“Amerikalılar artıq avropalılara güvənmirlər. Amerika Birləşmiş Ştatları artıq bizim böyük müttəfiqimiz deyil. Yeni reallıqda yeni fəsil yaşayırıq. Bu, getdikcə öz müdafiəmizi təmin etməli olduğumuzu göstərir”, - Aİ-nin keçmiş baş diplomatı vurğulayıb.

Borrel ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi halında Aİ-nin münaqişənin kənarında qalmamalı olduğunu qeyd edib: “Əgər ABŞ-nin dəniz piyadaları Qrenlandiyaya ensələr, nə edəcəyik? Sadəcə ərazi bütövlüyünə hörmət edilməli olduğunu deyəcəyik?”./teleqraf


MANŞET XƏBƏRLƏRİ