Hamı onun taleyi ilə maraqlanarkən, artıq kürsüsünə göz dikildi


ABŞ ordusu Venesuelanın müxtəlif bölgələrinə əsasən paytaxt Karakasa hava hücumları təşkil edib.

Turkustan.az xəbər verir ki, gecə boyunca partlayış səsləri eşidilib və paytaxt səmasında ABŞ hərbi helikopterləri görünüb .

Əməliyyatdan sonra ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını elan etdi. Tramp açıqlamasında əməliyyatın ABŞ hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş şəkildə aparıldığını bildirdi. O, həmçinin əlavə məlumatların daha sonra paylaşılacağını bildirdi və Mar-a-Laqoda mətbuat konfransı keçirəcəyini elan etdi.
Bölgədə gərginlik artdıqca Venesuela müxalifət lideri Maria Corina Machado diqqətəlayiq bir açıqlama verdi. Machado dedi: "Biz Venesuelada hökuməti ələ keçirməyə hazırıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ