Azərbaycan əsilli rusiyalı milyarder və neft maqnatı Vahid Ələkbərovun sərvəti 2025-ci ildə 22,6 milyard dollar təşkil edib.
Turkustan.az bildirir ki, “Bloomberg Billionaires Index”in məlumatına görə, onun varidatı əvvəlki illə müqayisədə azalıb.
Belə ki, Ələkbərovun varidatı 25,2 milyard dollar təşkil edib. İndi isə bu rəqəm 22,6 milyard dollara qədər azalıb.
Ələkbərov bu göstərici ilə milyarderlər arasında 114-cü pillədə qərarlaşıb. Halbuki bir neçə ay əvvəl o, 94-cü yerdə olub. /Globalinfo.az/