Suriyada yeni əskinaslar dövriyyəyə buraxıldı


Suriyanın paytaxtı Dəməşqdəki Konfrans Sarayında yeni Suriya əskinaslarının təqdimat mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, mərasimdə Prezident Əhməd Şara, Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz və digər hökumət rəsmiləri iştirak edib. Bu, ölkənin mövcud əskinaslarının tədricən dövriyyədən çıxarılması və yeni valyutaya keçid prosesinin başlanğıcını qeyd edib.

Mərasimdəki çıxışında Prezident Şara yeni valyutaya keçidin əvvəlki dövrün sonunu və müasir bir prosesin başlanğıcını təmsil etdiyini söylədi.

Dünyada valyuta mübadiləsi və sıfırların silinməsi ilə bağlı altı fərqli təcrübənin olduğunu qeyd edən Şara, bunların yarısının uğurlu, yarısının isə uğursuz olduğunu qeyd edərək, prosesin pul baxımından həssas və texniki bir ölçüyə malik olduğunu əlavə etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ