Pezeşkian Trampa xəbərdarlıq etdi


Yeni hər hansı təcavüz halında İran düşməni etdiklərinə görə peşman edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

O qeyd edib ki, İranın istənilən zorakı təcavüzə cavabı sərt olacaq və bu, qarşı tərəfi etdiklərinə görə peşman edəcək:

"Yeni hər hansı təcavüz halında İran düşməni etdiklərinə görə peşman edəcək".

Qeyd edək ki, dekabrın 29-da ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə Tehrana zərbələr endirməyə hazır olduqlarını bəyan edib./teleqraf


MANŞET XƏBƏRLƏRİ