İranda etirazlar başladı: Pezeşkian naziri danışıqlara göndərdi


İran Prezidenti Məsud Pezeşkian daxili işlər naziri İskəndər Möminiyə milli valyutanın kəskin ucuzlaşmasına etiraz edən əhali ilə dialoq qurmağı tapşırıb və ölkənin bank- maliyyə sistemlərində islahatlar aparılacağını açıqlayıb.

Turkustan.az xəbər very ki, Prezident "Mən daxili işlər nazirinə etirazçıların qanuni tələblərini onların nümayəndələri ilə dialoq yolu ilə dinləməyi tapşırdım ki, hökumət onların problemlərinin həlli üçün effektiv hərəkət edə bilsin", - deyə “X”-də yazıb.

Onun sözlərinə görə, hökumətin gündəliyinə əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün ölkənin bank və maliyyə sistemlərində fundamental islahatlar daxildir.

Xatırladaq ki, 29 dekabrda tacirlər Tehranın mərkəzində İran rialının kəskin ucuzlaşmasına etiraz olaraq etiraz aksiyası keçiriblər. Etirazlar küçələri bağlayıb, yürüş ediblər. “Fars” xəbər agentliyinin məlumatına görə, etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar.

Bəzi içtirakçılar izdihamı hökumət əleyhinə şüarlar səsləndirməyə təhrik etməyə çalışıblar. Milli valyutanın əhəmiyyətli dərəcədə zəifləməsi fonunda İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin istefa verib. Prezident Administrasiyasının Kommunikasiya üzrə rəis müavini Məhəmməd Mehdi Təbatəbainin sözlərinə görə, onun vəzifəsini keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati tutacaq.

Valyuta və qızıl qiymətlərini izləyən İran portalı TGJU-nun məlumatına görə, bir dolların qiyməti son bir ildə 83,8% artaraq hazırda təxminən 1,385,000 riala bərabərdir. Son üç ildə ABŞ dolları İran rialına nisbətən təxminən 219% bahalaşıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ