Trampdan Netanyahuya: Qərbdəki siyasətini dəyişdir!


ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə işğal olunmuş Qərb Şəriyəsində İsrail siyasətində dəyişiklik tələb etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, söhbətdən xəbərdar olan və Axios veb saytına danışan rəsmilərin sözlərinə görə, Tramp administrasiyası Qərb Şəriyəsində gərginliyin artmasının Qəzzada əldə edilən atəşkəs razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcəyini qiymətləndirib.

Rəsmilər işğal olunmuş Qərb Şəriyəsində yaşayış məntəqələrinin genişləndirilməsinin xüsusi müzakirə mövzusu olduğunu və Tramp və komandasının Netanyahudan təxribatçı hərəkətlərdən çəkinməsini və gərginliyi azaltmasını istədiyini qeyd etdilər.

Netanyahunun ekstremist yəhudi məskunlaşma zorakılığına qarşı daha sərt tədbirlər görəcəyinə söz verdiyini iddia edən rəsmilər, Vaşinqtonun mesajının İsrailin Avropa ölkələri ilə münasibətlərini bərpa etməsi və İbrahim Sazişlərini genişləndirməsi üçün Qərb Şəriyəsində siyasət dəyişikliyinin vacib olduğu olduğunu bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ