Bu şəxslər hər gün ölümlə üz-üzədir: “Əmək haqları artırılmalıdır”


Minatəmizləmə ilə məşğul olan şəxslərin vergidən azad olunması və əmək haqlarının artırılması təklif edilib.

Turkustan.az xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, onların sosial müdafiəyə ehtiyacı var:

“Bu, ən çətin işdir, demək olar ki, bu insanlar hər gün ölümlə üz-üzədirlər. Bu sahədə çalışan insanların vergidən azad edilməsi, onlara əlavə güzətlərin edilməsi yerində olardı. Çünki onların əmək haqları o qədər də yüksək deyil və onlara ödənilən kompensasiyanın məbləği də o qədər çox deyil”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ