Suriyada Əsəd rejiminin 70 zabiti azadlığa buraxıldı


Suriya dövlət televiziya kanalı “Əl-İxbariyyə” hazırda həbsdə olan bəzi keçmiş zabitlərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Turkustan.az xəbər verir ki, xəbərdə qeyd olunub ki, aparılan araşdırmalar və yoxlamalar nəticəsində Əsəd rejimi dövründə xidmət etmiş, lakin müharibə cinayətləri və ya digər ağır hüquq pozuntuları ilə bağlı heç bir sübut tapılmayan 70 zabit azadlığa buraxılıb.

Hesabatda vurğulanıb ki, bu qərar müvafiq məhkəmə və təhlükəsizlik qurumlarının qiymətləndirməsindən sonra qəbul edilib. Bildirilib ki, azadlığa buraxılan şəxslərin fəaliyyəti ətraflı şəkildə araşdırılıb və onların hər hansı qanunsuz əməllərdə iştirakı təsdiqlənməyib. Televiziya kanalının məlumatına görə, proses şəffaflıq prinsiplərinə uyğun aparılıb və gələcəkdə də oxşar işlər üzrə araşdırmalar davam etdiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ