İran Ordusu: Əlimiz tətikdədir, düşməni izləyirik!


İran mətbuatında yer alan xəbərlərə görə, Hatəmi İran Ordusunun Gənc Əsgərlər Mərasimində ölkəsi ilə ABŞ arasındakı gərginliklə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Hatəmi İran ordusunun ölkəni müdafiə etməyə tam hazır olduğunu bildirərək dedi: "Biz yüksək hazırlıq vəziyyətindəyik və bölgədəki düşmənin hərəkətlərini yaxından izləyirik. İran məhv edilə bilən bir ölkə deyil".

Hatəmi xəbərdarlıq edərək bildirib ki, İrana hücum cəhdi olarsa, İsrailin təhlükəsizliyi təhlükə altında olacaq: "Əgər düşmən səhv edərsə, öz təhlükəsizliyini, regionun təhlükəsizliyini və sionist rejimin təhlükəsizliyini təhlükə altına alacaq".

Hatemi qonşu dövlətlərin öz ərazilərinin və hava məkanının İrana qarşı hücumda istifadəsinə icazə verməyəcəklərini xatırladaraq dedi: "Bu, təqdirəlayiq bir hərəkətdir. Çünki onlar İrana qarşı bir cəhdin bütün bölgəni təhlükəsizliyə batıracağının fərqindədirlər".

Hatəmi İranın heç bir ölkəyə hücum etməyə cəhd etmədiyini və İran kimi böyük bir ölkəni təhdid etməyin düzəlməz bir səhv olduğunu iddia edərək xəbərdarlıq etdi: "Döyüş təcrübəsi olan komandirlərimiz təhdidlərə cavab verməyə hazırdırlar. Düşmən problemləri həll etmək istəyirsə, İran xalqına hörmətlə yanaşmalıdırlar".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ