Bloomberg: Türkiyə bu ölkəyə üç F-16 təyyarəsi göndərdi


Bloomberg-ə istinadən, Türkiyənin Somaliyə F-16 təyyarələri yerləşdirməsi ilə bağlı iddialar, Ankaranın Əş-Şəbab terror təşkilatına qarşı mübarizəsini gücləndirmək məqsədini güdür.

Turkustan.az xəbər verir ki, hesabatda, Türkiyənin Moqadişudakı mövcudluğunu döyüş təyyarələri və helikopterlərlə artırmasının, Əş-Şəbabın irəliləməsini dayandırmaq və Afrika Buynuzunda artan geosiyasi gərginliklər fonunda enerji və texnologiya sahələrində investisiyaları təmin etmək məqsədini daşıdığı vurğulanır. Həmçinin, Türkiyə Moqadişu yaxınlığında raket və kosmik raket sınaq poliqonu inşa etmək layihəsini də həyata keçirir.

Bloomberg agentliyi bildirir ki, bu hərəkət Türkiyənin Afrika ölkəsindəki enerji və kosmik sektorlarına yeni investisiyalarla üst-üstə düşür və regional təhlükəsizlik riskləri ilə yaranan gərgin mühitdə Ankaranın mövqeyini möhkəmləndirir. Mənbələrin sözlərinə görə, çərşənbə günü Somalinin paytaxtı Moqadişuya üç F-16 qırıcı təyyarəsi göndərilib, bu məlumat əvvəlcə Middle East Eye tərəfindən də yayılmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ