Pakistan: Əfqanıstan seçim etməlidir


Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Asim Munir Əfqanıstan administrasiyasına “Pakistanla əlaqələri davam etdirmək və ya Pakistan Talibanını (TTP) dəstəkləmək arasında seçim etməlidirlər” mesajını çatdırdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Pakistan ordusunun yaydığı açıqlamaya görə, Munir Müdafiə Qüvvələrinin Ravalpindidəki qərargahında çıxış edib.

Zabitlərə xitab edən Munir Əfqanıstana "aydın mesaj" verdiklərini ifadə edərək, "Kabil rəhbərliyi Pakistanla, yoxsa terror təşkilatı TTP ilə əlaqələrini davam etdirəcəyinə qərar verməlidir" dedi.

Son əməliyyatların "gələcək müharibə doktrinasına nümunə olduğunu" deyən Munir, Pakistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə münaqişədəki uğurlarına görə mükafatlar təqdim edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ