İrlandiya Ukraynaya daha 125 milyon avro yardım ayıracaq


İrlandiya Ukraynaya əlavə olaraq 125 milyon avro maliyyə dəstəyi, o cümlədən 100 milyon avroluq qeyri-öldürücü hərbi yardım vəd edib.

Turkustan.az xəbər verir ki, bunu İrlandiyanın baş naziri Mixail Martin Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəyə səfəri zamanı deyib .

"Mən Ukrayna Prezidenti Vladimir Zelenskini ölkəsi üçün böyük sınaqların olduğu bir vaxtda İrlandiyada salamlamaqdan şərəf duyuram. Onun hədsiz cəsarəti və Ukrayna xalqının dözümlülüyü hamımız üçün nümunədir. Mən şadam ki, bugünkü görüşümüzdə mən prezidentə nəinki İrlandiyanın möhkəm dəstəyi və konkret yardımı ilə bağlı əminlik ifadəsini təklif edə bildim. 100 milyon avroluq qeyri-öldürücü hərbi dəstək Ukraynaya Rusiya raketləri və pilotsuz təyyarələrinin gecə hücumlarına qarşı kömək etmək üçün veriləcək”, - Martin bildirib.

İrlandiya hökuməti həmçinin Ukraynanın enerji infrastrukturunun bərpası və mühafizəsi və lazımi enerji təchizatının təmin edilməsi üçün 25 milyon avro ayırmağı öhdəsinə götürüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ