Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi etməsi münasibətilə Türkiyəni təbrik edib.
Turkustan.az xəbər verir ki, nazirlik ABŞ-ın X şirkətinin sosial media platformasında Türkiyənin COP31-ə ev sahibliyi etməsi ilə bağlı paylaşım edib.
Türkiyəni təbrik edən postda “COP29-un prezidenti kimi Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsinə dəstək vermək üçün səylərini əsirgəməyəcək” ifadəsi yer alıb.
Aytən Yaşar/ Turkustan.az