Ölkədən qaçan baş nazirə ölüm hökmü verildi


Banqladeşdə ötən il başlayan hökumət əleyhinə etirazlardan sonra keçmiş Banqladeşin baş naziri Hasinaya qarşı qaldırılan iş üzrə hökm çıxarılıb.

Turkustan.az xəbər verir ki, Hasina insanlığa qarşı cinayət törətdiyinə görə ölüm cəzasına məhkum edilib. Keçmiş baş nazir ötən il etirazlardan sonra Hindistana qaçmışdı.

Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı hökumət əleyhinə nümayişlərdə ölənlərin ardınca açılan qətl istintaqında hökm elan edilib.

Banqladeş məhkəməsi keçmiş baş nazir Şeyx Hasinanı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. O, keçən il etirazlar başlayandan sonra Hindistana qaçıb.

Mühakimə olunanlar arasında yalnız keçmiş polis rəisi Abdullah əl-Mamun hökm oxunmasında iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ