Rusiya qüvvələri Ukraynanın Odessa vilayətinin İzmail limanında lövbər salmış təxminən 4 min ton mayeləşdirilmiş təbii qaz (LPG) daşıyan türk gəmisi ORINDA-nı hədəf alıb.
Turkustan.az xəbər verir ki, gəmi pilotsuz təyyarənin zərbəsi ilə vurulub və ekipaj evakuasiya edilib.
Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı Dəniz İşləri Baş İdarəsi Ukraynanın Odessa vilayətinin İzmail limanında lövbər salan türk gəmisinin Rusiyaya məxsus pilotsuz təyyarələr tərəfindən vurulduğunu açıqlayıb.
ORINDA adlı türk gəmisinin 4 min ton mayeləşdirilmiş LPG daşıdığı bildirilərkən, 16 nəfərlik heyətin xəsarət almadan təxliyyə edildiyi açıqlanıb.
Gəmidəki yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az