PKK Türkiyə sərhədindən də çəkildi – Zap düşərgəsi ləğv olundu


PKK terror təşkilatı Şimali İraqdakı Zap düşərgəsindən çəkildiyini açıqlayıb. Təşkilat, atılan bu addımla bölgədəki toqquşma riskinin aradan qaldırıldığını bildirib.

Turkustan.az xəbər verir ki, terror təşkilatının yaydığı açıqlamada, “16 noyabr axşamı etibarilə Zap bölgəsində toqquşma riski yaradan qüvvələrimiz müxtəlif uyğun sahələrə çəkilmiş vəziyyətdədir. Hazırkı durumla həmin ərazidə toqquşma riski tamamilə aradan qaldırılıb”, – deyə qeyd olunub.

Təşkilat PKK lideri Öcalanın fevralın 27-də etdiyi çağırışdan sonra may ayında silahı buraxmaq qərarı qəbul etmişdi. Öcalanın çağırışı əsasında toplanan və 12-ci qurultayda verilən təşkilatın buraxılması qərarı çərçivəsində PKK üzvlərindən ibarət bir qrup iyul ayında Süleymaniyyədə keçirilən simvolik mərasimdə silahı buraxdığını elan etmişdi. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ