Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı


Cənubi Koreya prezidenti Lee Jae Myung ABŞ ilə imzalanan ticarət sazişi və təhlükəsizlik sahəsində əməkdaşlıq razılaşmalarına dair birgə memorandumun buraxıldığını açıqladı.

Turkustan.az xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Li paytaxt Seulda Prezident Aparatında təşkil edilən mətbuat konfransında 31 oktyabr-1 noyabr tarixlərində Cənubi Koreyanın ev sahibliyi etdiyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsi ərəfəsində oktyabrın 29-da ABŞ prezidenti Donald Trampla görüşündə imzalanan razılaşmanın detallarını paylaşıb.

Li Trampla keçirilən iki zirvə görüşündən sonra "mənalı nəticə" əldə edildiyini ifadə edərək, bu çərçivədə Cənubi Koreya ilə ABŞ arasında imzalanan ticarət razılaşması və təhlükəsizlik əməkdaşlıq razılaşmaları ilə bağlı ortaq məlumat notasının dərc edildiyini açıqlayıb.

"Bu razılaşma ilə Cənubi Koreya-ABŞ ittifaqı təhlükəsizlik, iqtisadiyyat və qabaqcıl texnologiyanı əhatə edən gələcəyə yönəlmiş hərtərəfli strateji müttəfiqliyə çevrildi" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ