İsrail Livana hücum etdi: Ölən və yaralananlar var


Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail pilotsuz təyyarələri Nəbatiyyənin Bint Cbeil bölgəsi, Səba qəsəbəsi və Beraşit qəsəbəsində ümumilikdə üç avtomobili hədəfə alıb.

Turkustan.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Səbadakı hücumlarda 2 nəfər ölüb. Beraşitdə baş verən hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bint Cbeildə səhər saatlarında baş verən hücumda 7 nəfər yaralanıb.

Belə ki, atəşkəsə baxmayaraq bu gün həyata keçirilən hücumlarda ümumilikdə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ