NATO-nun baş katibi Rutte ABŞ-ın Şərqi Avropadan qoşunları çıxarmaq qərarının mümkün nəticələrinin həddən artıq qiymətləndirildiyini və Vaşinqtonun NATO və onun şərq cinahının təhlükəsizliyinə sadiq olduğunu vurğulayıb.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Buxarestdə Rumıniya Prezidenti Nikuşor Dan ilə birgə mətbuat konfransında danışıb.
“NATO Rumıniya, Bolqarıstan və Türkiyənin Qara dəniz bölgəsində minalardan təmizləmə və patrul fəaliyyətlərini genişləndirmək səylərini də yüksək qiymətləndirir” deyən Rutte, Rumıniyanın bütün Alyans üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunda əhəmiyyətli liderlik təmin etdiyini qeyd etdi.
Aytən Yaşar/ Turkustan.az