Tramp Mamdaninin Nyu-York meri seçilməsinə münasibət bildirdi: Yaxşı olmadı...


“Nəticələr Respublikaçılar üçün yaxşı olmadı”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Nyu-Yorkun yeni meri Zöhran Məmdaninin qələbəsinə münasibət bildirdi

Tramp Ağ Evdə Konqresin Respublikaçı üzvləri ilə səhər yeməyində görüşərkən, dünən bəzi ştatlarda keçirilən bələdiyyə və qubernator seçkilərinin nəticələrini şərh edib.

Prezident qeyd edib ki, Demokrat namizədlərin, xüsusilə də Məmdaninin Nyu-Yorkda qələbə qazanması Respublikaçılar üçün gözlənilməz olub:

“Dünən gecənin Respublikaçılar üçün qələbə gecəsi olacağı gözlənilmirdi. Düşünmürəm ki, nəticələr bizim üçün yaxşı oldu,” – deyə Tramp vurğulayıb.

O, həmçinin bildirib ki, Demokrat namizədlərin bir çox ştatlarda yaxşı nəticə göstərməsi partiyası üçün “siqnal” xarakteri daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ