Hazırda Yaxın Şərq böyük güclərin geopolitik maraq dairəsindədir.
Hələ XIX əsrdə Fələstin ərazisinin Osmanlıdan alınması üçün bir sıra planlar cızılmışdı.
Müstəmləkə siyasəti aparan Qərb Ölkələri Afrika və Asiyada zəngin sərvətlərə malik əraziləri ələ keçirərək yüksək dəyərli xammal, ərzaq və digər istehlak mənbələrindən böyük mənfəət əldə edirdilər.
O dövrdə sənayə inqilabı nəticəsində neft və neft məhsullarına ehtiyac kəskin şəkildə artmış, dəniz sahili zonalarda bu yanacağ ehtiyatına malik ərazilərin araşdırılması genişləndirilmiş, böyük kapital əməliyyatları və sərmayə yatırımları sürətlə artırdı.
Ərəbistan yarımadası, Yaxın Şərq isə neft və qaz yataqlarının bol olduğu ərazilərdən idi deyə onların ələ keçirilməsi sənaye üçün lazım olan yanacaq xammalına çıxış demək idi.
1914 18 ci illərdə gedən I Dünya müharibəsindən sonra Böyük Britaniya, Fransa keçmiş Osmanlı imperiyası ərazilərində yeni ərazilərə yiyələnir və bölgü sistemi aparılır.
Petrol ehtiyatı ilə zəngin bu ərazilər həm də yerləşim nöqtəsinə görə diqqət mərkəzində idi.
Cənubi Asiya regionuna və ondan keçən iqtisadi yollara nəzarət imkanı verən bölgədə 1920 ci illərdə yaradılan mandat sistemi əsasında yeni dövlətlər yaradıldı.
Həmin mandatlardan biri Fələstin idi.
Tarixi, dini baxımdan əhəmiyyətli keçmişə malik bu dövlətin ərazisi həm Qərb həm Şərq dünyası üçün xüsusi məna kəsb edirdi.
Bölgə multikultural zona sayılırdı və müxtəlif xalqlar birgə yaşayırdılar.
1930 cu illərdə Avropada başlanan nasizm hərəkatı az müddət ərzində Almaniyada nasional sosialist dövlətin yaranması ilə nəticələndi.
Nasistlər 1930 cu illərin ikinci yarısı Avstriya və Çexoslavakiyanın işğalından sonra 1939 cu il sentyabrın 2 i Qərbi Polşanı ələ keçirir və beləcə II Dünya müharibəsi başlayır.
Yəhudilərə qarşı diskriminasiya aparan Nasistlər kütləvi şəkildə onları təqib edir və qətlə yetirməyə başlayır.
6 il gedən müharibə zamanı milyonlarla yəhudi holokost qurbanı olur və II Dünya müharibəsinin ən böyük humanitar fəlakətlərindən biri kimi tarixə düşür.
1945 ci ilin mayı SSRİ və anti nasizm Koalisiyası Faşizmi məğlub etdikdən sonra yeni Avropa quruluşunda əsas müzakirə mövzularından biri yəhudilərin yerləşdirilməsi üçün əlverişli məkanın seçilməsi idi.
Yekun nəticə ilə yəhudi qaçqınlar Fələstinə köçürülür və 1946 cı ildə yeni yaradılan BMT qərarı ilə burada yəhudi və fələstinlilər üçün yaşayış əraziləri bölgüsü aparılır və bir mandat daxilində iki dövlət yaradılır.
1948 ci il mayın 14 ü isə İsrailin əsası qoyulur və bu uzun müddətli Fələstin İsrail etnik münaqişəsinin əsasının qoyulmasına səbəb olur.
İsrailə ən çox dəstək göstərən ölkələrdən biri ABŞ idi çünki, SSRİ nin Şərqi Avropa və Balkanlarda nasizmi məğlub etdikdən və həmin bölgələri nəzarətə aldıqdan sonra Avrasiyada nüfuzu güclənmiş, sosializm dalğası Ərəb ölkələrinin daxilinə qədər təsir etməyə başlamışdı.
Suriya, İraq, Misir kimi Ölkələrlə SSRİ arasında iqtisadi siyasi əlaqələr güclənir, xüsusən də İsrail və ABŞ arasında tərəfdaşlıq gücləndikdən sonra ərəb ölkələri Moskvaya daha çox yaxınlaşır.
1970 ci illərdə Misirdə Süveyş kanalının çəkilməsi ilə bu ölkənin əhəmiyyəti ABŞ və NATO üçün çox artır. Əgər SSRİ Misiri təsir dairəsinə daxil etsə, iki ölkə ittifaq halına gələ və Qərbin burada şirkətlərinin, siyasi fəaliyyətinin işinə mane ola bilərdi.
ABŞ Yaxın Şərqə nəzarət etməklə həm buranın təbii sərvətlərinin istifadəsini və ondan əldə ediləcək gəlirləri istəyirdi.
Küveytin İraq işğalından azad etmək üçün NATO və Vaşinqtonun hərbi əməliyyatlara qatılmasında real səbəblərdən biri də Ərəb ölkələrinin rəğbətini qazanmaq və gələcəkdə onların ərazisində rahat şirkətlər açmaq, sərmayələr yatırmaq, neft çıxarılmasında iştirak etməklə gəlir götürmək idi.
Həm də hərbi bazalar açmaq üçün ABŞ və NATO a əlverişli şərait yaranırdı.
2010 cu il Tunisdə başlanan ərəb baharı Liviya, Suriya, İraq, Misir və digər ərəb ölkələrinə keçməyə başladı və böyük inqilabi dalğa olaraq ciddi dəyişikliklərə səbəb oldu. Lakin, elə ölkələr də oldu ki, bu inqilablar vətəndaş müharibəsinə və sosial böhrana gətirdi. İraq, Suriya, Liviya kimi ölkələrdə gedən daxili müharibə ilə insanlar Avropaya qaçqın düşür və sosial böhran bu dövlətləri daha da zəiflədir.
ABŞ və NATO, Rusiya bu ölkələrdə hərbi əməliyyatlara qatılır və bazalar yaratmağa başlayır. Beləcə, regionun təsir dairələrinə bölünməsi prosesi başlayır.
Son 2 ildə İsrail və Həmas arasında gedən müharibə, Suriyada hakimiyyət dəyişikliyi, Livan, Yəmən və Suriyada Tel Əvivin apardığı əməliyyatlar, İran İsrail arasında 12 günlük müharibə ilə Yaxın Şərqin yeni siyasi mənzərəsi formalaşıb.
Müəllif: siyasi şərhçi İsa İsmayılzadə