Mehdiyevin gerçək kimliyi haqda dəhşətli iddialar – Uşaq evində dəyişdirilib və…


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyet TV”-yə müsahibəsində sensasion fikirlər səsləndirib.

Turkustan.az xəbər verir ki, S.Cəlaloğlu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında nadir məlumatları bölüşüb.

Onun sözlərinə görə, Ramiz Mehdiyev müəmmalı keçmişə malik şəxs kimi tanınır:

“Naxçıvanda belə bir fikir var ki, Ramiz Mehdiyev yetim olub, onu internat məktəbinə veriblər, bir neçə ildən sonra isə oradan, çıxıb vəzifələrə gəlib. Amma əslində o uşaq Ramiz Mehdiyev deyilmiş. Deyilənə görə, Ramiz əslində erməni uşağı olub və gələcəkdə dövlətə qarşı istifadə etmək məqsədilə yetişdirilib. Onun heç bir xüsusi bacarığı və qabiliyyəti olmayıb. Dənizçilik məktəbində oxuyub, lakin Sovet hakimiyyəti dövründə çox qısa müddətdə Mərkəzi Komitənin katibi vəzifəsinə yüksəlib.

Bu qədər sürətli irəliləyişi və Qalina adlı qadınla evliliyi də cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, o, əslində erməni uşağı olub. Həmin internat məktəbindəki gerçək Ramizin adını ona verərək böyüdüblər. Təbii ki, bu fikirlərin nə dərəcədə əsaslı olduğunu dəqiq deyə bilmərəm”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ