İstintaq çərçivəsində mütəxəssis, texnologiya investoru Hüseyn Gün və şübhəli Melih Geçek barədə də proses davam edir.
Turkustan.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu, strateq Necati Özkan və TELE 1-in redaktoru Merdan Yanardağın da aralarında olduğu şəxslərin İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində həbs edilən və daha sonra vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu barəsində irəli sürülən “casusluq” iddialarını araşdırır.
“Casusluq” istintaqı çərçivəsində Əkrəm İmamoğlu, Merdan Yanardağ və Necati Özkan barəsində Sülh Cəza Məhkəməsinə göndərilən dosyalar əsasında hər üç şəxs haqqında həbs qətimkan tədbiri seçilib.
Digər tərəfdən, eyni istintaq çərçivəsində “təsirli peşmanlıq”dan yararlanan Hüseyn Gün iyulun 4-də həbs edilib, Melih Geçek isə başqa bir cinayət işi üzrə saxlanıldığı üçün həbsxanaya göndərilib.
İstanbul Ədliyyəsində ona qarşı “casusluq” ittihamı ilə açılmış istintaq çərçivəsində ifadə verən Əkrəm İmamoğlunun prokurorluqda verdiyi ifadə də üzə çıxıb.
İmamoğlu ifadəsində, “təsirli peşmanlıq”dan yararlanaraq etiraf verən Hüseyn Günü tanımadığını, istintaq başladıldıqdan sonra mediada yayılan birgə fotonu isə xatırlamadığını bildirib.
Aytən Yaşar/ Turkustan.az