Tramp: Qəzzada atəşkəs qüvvədə qalır


ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdarkən təyyarədə mətbuata müraciət edib.

Turkustan.az xəbər verir ki,Qəzzada atəşkəsin hələ də qüvvədə olub-olmaması ilə bağlı suala Tramp “Bəli, belədir” cavabını verib.

İsrailin davam edən hücumlarını şərh etməyən Tramp, HƏMAS rəhbərliyinin "atəşkəs pozuntusunda iştirak etmədiyini" bəyan edib və HƏMAS daxilindəki bəzi üsyançı qrupları günahlandırıb. “Ancaq istənilən halda bu vəziyyət lazımi qaydada həll olunacaq”, - Tramp bildirib. "Bu, qətiyyətlə, lakin uyğun şəkildə həll ediləcək."

ABŞ prezidenti Qəzzada atəşkəsin davam edəcəyinə ümid etdiyini ifadə edərək, "Həmas ilə sülhün davam etməsini təmin etmək istəyirik" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ