Tramp: Zelenski bu raketləri istəyir, Putin dərhal müharibəni bitirməlidir


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüş barədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, Ukrayna ABŞ-dan, o cümlədən “Tomaqavk” raket sistemləri olmaqla, müxtəlif silahlar almaq istəyir.

Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə Argentina prezidenti Xavyer Milay ilə görüşündə danışıb.

“Biz Ukrayna haqqında danışacağıq, bəli. Zelenski cümə günü mənimlə görüşə gəlir və mən artıq onun nə deyəcəyini bilirəm. O, silah istəyir. O, ‘Tomaqavk’ raketlərinə sahib olmaq istərdi”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, başqa ölkələr də “Tomaqavk” raketləri almaq istəyir və ABŞ-ın bu raketlərdən kifayət qədər ehtiyatı var.

Bununla yanaşı, Tramp bir daha Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu bildirib.

“Putin bu müharibəni həll etməlidir”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Putin Ukraynada davam edən müharibəni çox tez bir zamanda bitirə bilər:
“Mən çox məyus oldum, çünki Vladimir Putin ilə çox yaxşı münasibətimiz var idi – bəlkə də hələ də var”, – deyə Tramp qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ