Misirdə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı Qəzza sammitində tarixi imzalar atılıb.
Turkustan.az xəbər verir ki, ABŞ, Türkiyə, Qətər və Misir Qəzzada sülh üçün niyyət sənədi imzalayıb. Sənəd imzalanmadan əvvəl Tramp “Bizi heç vaxt ruhdan salmayıb” deyərək prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Prezident Ərdoğana xitabən Tramp: "Onun ordusu dediyindən çox güclüdür. Son zamanlar baş verən bəzi hadisələrə baxanda qalib gəlirdi, amma heç bir tərif istəmir. O, sərt adamdır, amma dostumdur və ona ehtiyacım olanda həmişə yanımda olub. Ona görə də prezident Ərdoğana təşəkkür etmək istəyirəm" deyib.
Kipr Rum prezidenti Nikos Kristodulides və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Trampın Ərdoğanla bağlı dediklərini alqışlamayan iki lider kameralara tuş gəlib.
Aytən Yaşar/ Turkustan.az