İsrailin Qəzzaya hücumları bütün dünyada qəzəb dalğasına səbəb olub.
Turkustan.az xəbər verir ki, bu yaxınlarda aparılan beynəlxalq araşdırmaya görə, bir çox ölkələrdə ictimaiyyətin İsrailə qarşı mənfi münasibəti davamlı nifrətə çevrilib.
Sorğunun nəticələrinə görə, Türkiyə İsrailə nifrətin ən yüksək nisbətinə sahibdir - 93%. Respondentlərin 84%-i “çox narahat olduqlarını”, 10%-i isə “bir qədər narahat olduqlarını” bildiriblər.
Türkiyəni İndoneziya (80%), Yaponiya (79%) və Hollandiya (78%) izləyib. İspaniya 75%-lə ilk beşliyə daxil olub. Bu ölkələrdə İsrailə qarşı reaksiyaların çoxu mülki itkilər, uşaq ölümləri və Qəzzada humanitar yardımın kəsilməsi ilə əlaqələndirilir.
Aytən Yaşar/ Turkustan.az