Trampdan HƏMAS-a: Tez qərar ver, gecikməyə səbrim yoxdur!


ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun açıqladığı 20 bəndlik Qəzza planını qismən qəbul etdiyini açıqlayan Həmas-a təəccüblü müraciət edib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media platformasında verdiyi açıqlamada İsrailin girovların mübadiləsi və sülh razılaşmasına imkan yaratmaq üçün bombardmanları müvəqqəti dayandırmasını alqışlayıb və HƏMAS-ın “tez hərəkət etməli olduğunu” deyib.

“Heç vaxt gecikməyə dözməyəcəyini” ifadə edən Tramp, “Hər kəsə ədalətli davranılacaq” deyib. ABŞ prezidenti həmçinin bildirib ki, əgər sürətli tədbirlər görülməzsə, "bütün mərclər ləğv edilir".

Tramp açıqlamasında: "İsraili bombardmanları müvəqqəti dayandırdığına görə alqışlayıram ki, girovların qaytarılması və sülh sazişi tamamlansın. Həmas tez hərəkətə keçməlidir, yoxsa bütün bahislər dayandırılır. Mən gecikməyə - çoxlarının inandığı kimi - Qəzzanın yenidən təhlükəyə çevriləcəyi nəticəyə dözməyəcəyəm. Buna tez son qoyaq. Hər kəsə ədalətli davranılacaq!"

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ