İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Qlobal Sumud Flotillasında İsrail tərəfindən saxlanılan daha 26 İtaliya vətəndaşının İsraili xüsusi çarter reysi ilə tərk etmək üzrə olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazir Tajani ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında bunları paylaşıb: "Donanmadakı 26 nəfərlik İtaliya vətəndaşlarından ibarət ilk qrup İsraili özəl çarter təyyarəsi ilə tərk etmək üzrədir. Onları İstanbula gedən Türk Hava Yollarının (THY) təyyarəsinə yerləşdirmişik.
Onlar artıq Ramon Hava Bazasına köçürülüb və Eylat Hava Limanından yola düşəcəklər".
Tajani digər italyan fəallar haqqında da məlumat verərək, "Digər 15 italiyalı könüllü azad etmə sənədini imzalamadı və məhkəmə deportasiyasını gözləməli olacaqlar. Bu, gələn həftə baş verəcək. Mən İtaliyanın Tel-Əvivdəki səfirliyinə geridə qalan vətəndaşlarımızın hüquqlarına hörmətlə yanaşmasını təmin etmək üçün bir daha göstəriş verdim" dedi.
Aytən Yaşar/ Turkustan.az