Tramp: HƏMAS oktyabrın 6-dək “hə” deməlidir!


“Yaxın Şərqdə müəyyən formada sülh əldə olunacaq”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media paylaşımında Yaxın Şərq barədə fikirlərini bölüşüb.

Tramp yazıb:
“Bütün günahsız fələstinliləri gələcək ölüm təhlükəsindən xilas etmək üçün dərhal Qəzzanın daha təhlükəsiz bölgələrinə köçməyə çağırıram. Orada onlara yaxşı baxılacaq. HƏMAS-a son şans veriləcək.
Bu razılaşma Yaxın Şərqdə sabitliyə və sülhə doğru addım olacaq. Razılaşma həmçinin qalan HƏMAS döyüşçülərinin taleyini də müəyyən edəcək”.

O, HƏMAS-a verdiyi son müddətə də toxunaraq bildirib:
“Zorakılıq və qan tökülməsi sona çatmalıdır. Bütün girovlar dərhal buraxılmalıdır — ölənlərin cəsədləri də daxil olmaqla. Həmasla razılaşma Bazar günü, Vaşinqton (DC) vaxtı ilə saat 18:00-dək əldə edilməlidir. Bu, HƏMAS üçün son şansdır; əgər bu fürsət əldən gedərsə, bəlkə də bir daha belə bir imkan olmayacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ