Tramp: Sözlərim xoşunuza gəlmirsə, otağı tərk edin!


ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı Quantico dəniz piyadaları bazasında 800-dən çox general və admiralın iştirak etdiyi toplantıda çıxış edib.

Turkustan.az xəbər verir ki, Tramp təxminən bir saat davam edən çıxışına zarafatla başlayıb: "Dediklərim xoşunuza gəlmirsə, otağı tərk edə bilərsiniz. Təbii ki, o zaman rütbəniz də silinəcək, gələcəyiniz də".

Ölkəsinin "formasız insanların daxili işğalı altında" olduğunu söyləyən ABŞ prezidenti Tramp, "Birlikdə döyüşçü ruhunu oyatırıq. Bu ölkəni quran və qazanan ruhdur" dedi.

Tramp həmçinin iddia edib ki, ölkəsi həm cinayət, həm də immiqrasiya ilə alovlanan daxildən “müharibə” ilə üz-üzədir.

ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə ölkə sərhədlərinin və bir çox şəhərin təhlükəsizliyinin pisləşdiyini ifadə edən Tramp, “Biz daxildən işğal altındayıq, xarici düşməndən heç bir fərqimiz yoxdur, lakin bir çox cəhətdən forma geyinmədikləri üçün daha çətindir” deyib.

Tramp ABŞ-ın “xarici ölkələrin sərhədlərini müdafiə etmək üçün trilyonlarla dollar xərclədiyini” vurğulayaraq, son aylarda heç kimin ABŞ sərhədlərini icazəsiz keçə bilmədiyini və gələcəkdə qeyri-qanuni keçidlərə icazə verilməyəcəyini vurğulayıb.

ABŞ-ın daha çox silah istehsal edib digər ölkələrə, xüsusilə də NATO üzvlərinə satması lazım olduğunu ifadə edən ABŞ prezidenti yüksək səviyyəli hərbçilərə müraciət edərək, "2026-cı ilə qədər ordumuza 1 trilyon dollardan çox vəsait xərcləyəcəyimə söz vermişdim. Bu, ölkəmizin tarixində ən böyük xərc olacaq. Ümid edirəm ki, bunu qiymətləndirərsiniz" dedi.

Bayden dövründə bütün döyüş sursatlarının Ukraynaya verildiyini və ABŞ ordusunda “heç nə” qalmadığını bildirən Tramp, sualtı qayıq sahəsində Rusiya və Çindən “25 il öndə olduqlarını” əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ