Nepalın yeni canlı ilahəsi olaraq seçilən iki yaşlı qızı ailəsi ölkənin ən uzun və ən əhəmiyyətli Hindu festivalı zamanı Katmandu xiyabanındakı evindən məbəd sarayına aparıb.
“Cebheinfo.az” bu barədə “Associated Press”-ə istinadən xəbər verir.
2 yaş 8 aylıq Aryatara Şakya yetkinlik yaşına çatdıqdan sonra sadəcə faniyə çevrilən əvvəlki iləahəni əvəz edərək yeni Kumari və ya "bakirə ilahə" seçilib.
Kumarilər Katmandu vadisinin yerli sakinləri olan Nevar xalqının Şakya klanlarından seçilir. Əsasən hinduların yaşadığı bu ölkədə həm hindular, həm də buddistlər tərəfindən hörmətlə qarşılanır. Qızlar 2-4 yaş arasında seçilir və qüsursuz dəri, saç, göz və dişlərə malik olmalıdırlar. Üstəlik də qaranlıqdan qorxmamalıdırlar. Bu ayın əvvəlində keçirilən İndra Jatra festivalı zamanı fədailər keçmiş Kumarini arabaya mindiriblər. Kumari həmişə qırmızı geyinir, saçlarını topuz yığır və alnına “üçüncü göz” çəkilir.
Bir həftə davam edən Indra Jatra festivalı, əsas festival olan Dashain və oktyabr ayında keçirilən İşıqlar festivalı olan Tihar və ya Diwali daxil olmaqla bir sıra mərasimlərin birincisi idi. Çərşənbə axşamı Dashainin səkkizinci günü, xeyirin şər üzərində qələbəsinin 15 günlük bayramı qeyd edilib. İnsanlar ailələri ilə birlikdə mərasimdə iştiak etdikləri üçün qeyd etdiyi üçün ofislər və məktəblər bağlanıb. /
Nepalın yeni canlı ilahəsi olaraq seçilən iki yaşlı qızı ailəsi ölkənin ən uzun və ən əhəmiyyətli Hindu festivalı zamanı Katmandu xiyabanındakı evindən məbəd sarayına aparıb.
“Cebheinfo.az” bu barədə “Associated Press”-ə istinadən xəbər verir.
2 yaş 8 aylıq Aryatara Şakya yetkinlik yaşına çatdıqdan sonra sadəcə faniyə çevrilən əvvəlki iləahəni əvəz edərək yeni Kumari və ya "bakirə ilahə" seçilib.
Kumarilər Katmandu vadisinin yerli sakinləri olan Nevar xalqının Şakya klanlarından seçilir. Əsasən hinduların yaşadığı bu ölkədə həm hindular, həm də buddistlər tərəfindən hörmətlə qarşılanır. Qızlar 2-4 yaş arasında seçilir və qüsursuz dəri, saç, göz və dişlərə malik olmalıdırlar. Üstəlik də qaranlıqdan qorxmamalıdırlar. Bu ayın əvvəlində keçirilən İndra Jatra festivalı zamanı fədailər keçmiş Kumarini arabaya mindiriblər. Kumari həmişə qırmızı geyinir, saçlarını topuz yığır və alnına “üçüncü göz” çəkilir.
Bir həftə davam edən Indra Jatra festivalı, əsas festival olan Dashain və oktyabr ayında keçirilən İşıqlar festivalı olan Tihar və ya Diwali daxil olmaqla bir sıra mərasimlərin birincisi idi. Çərşənbə axşamı Dashainin səkkizinci günü, xeyirin şər üzərində qələbəsinin 15 günlük bayramı qeyd edilib. İnsanlar ailələri ilə birlikdə mərasimdə iştiak etdikləri üçün qeyd etdiyi üçün ofislər və məktəblər bağlanıb. /cebheinfo.az/