Nazir Özgür Özəlin qərarına canlı yayımda sərt cavab verdi: Getdiyi yol, yol deyil!


CHP Türkiyə Böyük Millət Məclisində prezident Rəcəb Tayyib Ərdoğanın yeni qanunvericilik ilinin açılış mərasimində iştirak etməmə qərarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, partiya bu qərarını mərasimin “siyasi təbliğata çevrilməsi” ilə əsaslandırıb.

CHP-nin bu addımı siyasi çevrələrdə rezonans doğurub. Ədliyyə naziri Yılmaz Tunç bu qərara canlı yayımda sərt reaksiya verib. Nazir bildirib:

“Prezidentimizi bəyənsən də, istəməsən də, orada olmalısan. Bura Cümhuriyyəti quran parlamentdir. Əgər qanunverici orqana hörmətin yoxdursa, demokratiyaya necə inanırsan? Bu, doğru yol deyil.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ