Fələstinlilər Trampın Qəzza planına inanmır: Bu təslim olmaqdır!


Fələstinlilər ABŞ prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza münaqişəsinə son qoymaq üçün hərtərəfli plan”ın iki ildir davam edən soyqırımı dayandıra biləcəyinə ümid etsələr də, onun həyata keçirilməsi ilə bağlı ciddi şübhələr bildirirlər.

Turkustan.az xəbər verir ki, sentyabrın 29-da Ağ Ev Trampın 20 bənddən ibarət sülh planını açıqlayıb. Plana əsasən, əgər hər iki tərəf razılaşarsa, müharibə dərhal dayandırılacaq, İsrail Qəzzadan mərhələli şəkildə çəkiləcək, HƏMAS-ın iştirakı olmadan yeni idarəetmə prosesi başlayacaq və bütün məhbuslar azad ediləcək.

Tramp bu planın İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə Ağ Evdə keçirdiyi mətbuat konfransında təqdim edib.

Lakin fələstinlilər bu planın uğursuz olacağından ehtiyatlanırlar. Onlar bildirirlər ki, Tel-Əviv planın həyata keçirilməsi üçün aşağıdakı beş şərti irəli sürür:

Bütün israilli məhbusların azad edilməsi

HƏMAS-ın silahları yerə qoyması

Qəzzanın tam tərksilah edilməsi

İsrailin Qəzzada təhlükəsizlik nəzarətini əlində saxlaması

HƏMAS-ı əvəz edəcək “təhlükəsiz” bir mülki administrasiyanın qurulması

Fələstin tərəfi bu tələbləri “təslim olmaq” kimi qiymətləndirir və planın bölgədə davamlı sülhə gətirib çıxaracağına inanmır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ