Trampın Harvardla bağlı açıqlaması: Razılaşmaya yaxınıq


Oval Ofisdə jurnalistlərə açıqlama verən ABŞ lideri Donald Tramp təhsil naziri Linda MakMahonun razılaşmanın son detalları üzərində işlədiyini bildirib.

Turkustan.az xəbər verir ki, "onlar təxminən 500 milyon dollar ödəyəcək və peşə məktəbləri açacaqlar" deyən Tramp Harvardın süni intellekt və mühərriklər kimi bir çox mövzuda təhsil verəcəyini bildirib.

Tramp müqaviləni başa çatdırmağa “çox yaxın” olduqlarını və bunun Harvard administrasiyası ilə bağlı problemlərin sona çatacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ