Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Turkustan.az xəbər verir ki, danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq baş tutub.
Ərdoğan görüş zamanı yumor hissi ilə diqqət çəkib.
Ərdoğan tərcüməçi vasitəsilə Makrondan “Necəsiniz?” deyə soruşub. Makron cavab verib ki, “Hər şey yaxşıdır”.
Buna cavab olaraq Ərdoğan tərcüməçiyə “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media