Neft satışı ilə məşhurlaşan Adnan Əhmədzadənin həbsi ətrafında müxtəlif müzakirələr aparılır.
Turkustan.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.
Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.
Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub. Bildirilib ki, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyəti Anar Əlizadənin daşıdığını deyib.
Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi vurğulanır.
Mənbə bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.
Digər məlumata görə, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.