Bakının sülh sazişi ilə bağlı son tələbi - İrəvandan açıqlama


Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması barədə suala da cavab verib.

Ermənistan Konstitusiyası ilə bağlı dəyişikliklərə toxunan Srbuhi Qalyan qeyd edib:

“Müstəqillik Bəyannaməsinin qorunub saxlanılıb-saxlanamayacağından asılı olmayaraq, bu, tarixi reallıqdır. Yəni, “Üçüncü Respublika” yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bilib və bu, tarixi sənəddir, tarixi reallıqdır”.

Xatırladaq ki, ədliyyə naziri bundan əvvəl bəyannaməyə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.

Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir./teleqraf


MANŞET XƏBƏRLƏRİ