Əhməd Şara və Vladimir Zelenski bir arada: Saziş imzalandı


Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd Şara ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Zelenski iki ölkə arasında diplomatik münasibətlərin bərpasına dair saziş imzaladığını bildirib.

İki lider əməkdaşlıq üçün perspektivli sektorlar barədə də fikir mübadiləsi aparıblar.

Liderlər Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyası üçün ABŞ-dadır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ