“Biz Azərbaycanla aramızda sülhün bərqərar olduğunu deyəndə, bütün problemlərin tam həll olunuğunu nəzərdə tutmuruq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir İrəvanın anklav-eksklav məsələsindən geri çəkilməyəcəyini söyləyib:
“Nə mən, nə də Ermənistanın hansısa (gələcək) hökuməti bu mövzudan imtina edə bilər. Çünki bizim Artsvaşenlə (Başkənd – red.) bağlı mövqeyimiz qalmaqdadır. 6 oktyabr 2022-ci il tarixli Praqa razılaşmasına əsasən, biz institusionallaşma yolu ilə gedirik və bu yolu davam etdirəcəyik”. /Globalinfo.az/