Xamenei: İranin nüvə silahına ehtiyacı yoxdur!


“İranın nüvə silahına ehtiyacı yoxdur, istehsal niyyətimiz də yoxdur”.

Turkustan.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, İslam Respublikasının nüvə silahına ehtiyacı yoxdur və belə bir silah istehsal etmək niyyəti də yoxdur.

O, İran televiziyasına verdiyi açıqlamada bildirib:

“Bu gün bizdə uranın zənginləşdirilməsi çox yüksək səviyyədədir. Təbii ki, nüvə silahı hazırlamaq istəyən ölkələr bunu 90 faizə qədər artırır. Amma biz bu səviyyəyə çatmamışıq. Çünki silaha ehtiyacımız yoxdur və bundan imtina etmək qərarına gəlmişik. Biz zənginləşdirməni 60 faizə qədər artırmışıq ki, bu da kifayət qədər yüksək və ölkənin bəzi problemlərinin həlli üçün kifayət edən səviyyədir.”

Xamneyi bu bəyanatla İranın nüvə proqramının sülhməramlı məqsədlər daşıdığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ