“Daha yaşıl Azərbaycan üçün gənc nəsil” layihəsi çərçivəsində seminarlar Füzulidən başladı - FOTOLAR


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində seminarlara başlayıb.

QHT.az xəbər verir ki, ilk seminar Füzuli rayon Zobucuq-2 qəsəbə orta məktəbi şagirdləri üçün keçirilib.

Şagirdlərə ekoloji problemlərin həlli isitiqamətdə görülməlik işlər və Bakıda keçirilən COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib.

Təşkilatın sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb,layihə və onun hədəfləri barədə geniş məlumat verib. O, qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları, iqlim dəyişiklikləri ilə mübarizə, COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

O həmçinin bildirdi ki, layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək, COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq. Layihənin əsas hədəf mövzusu olmuşdur.

Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv disskusiyalar keçirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarlar İmişli,Biləsuvar və Cəbrayıl məktəblərində davam etdiriləcək.


MANŞET XƏBƏRLƏRİ