Tramp: Putin məni pis vəziyyətdə qoydu


ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Starmer birgə mətbuat konfransında açıqlama veriblər.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyaya səfərinin ikinci günündə baş nazir Starmerlə görüşən Tramp və Starmerin açıqlamalarında Fələstin, Rusiya-Ukrayna və ikitərəfli əlaqələrə diqqət yetirilib.

Trampın bəyanatlarından diqqət çəkən məqamlar belədir:

"Mən bu gözəl qəbula görə sözlə ifadə olunmayacaq dərəcədə minnətdaram. ABŞ və Böyük Britaniya çox yaxın müttəfiqlərdir. Bu texnologiya sazişi ABŞ və Böyük Britaniyaya növbəti böyük texnologiya inqilabına yan-yana rəhbərlik etməyə imkan verəcək.

Rusiya prezidenti Putin məni Ukrayna ilə bağlı məyus etdi. Düşünürdüm ki, Rusiya-Ukrayna məsələsi ən asan olacaq, amma orada işlər mürəkkəbləşdi. Ukrayna məsələsinin necə olacağını görəcəyik. Alyaska Sammiti "səhv" deyildi. Amma mən artıq Putinə inanmıram.

İsrail və Qəzzada vəziyyət mürəkkəbdir, bəli, amma biz bunu da həll edəcəyik. Biz indiyədək yeddi müharibəni bitirmişik. Azərbaycan-Ermənistan məsələsinə də sülh gətirmişəm.

Biz Böyük Britaniyanın müdafiəyə sadiqliyini alqışlayırıq. Ümid edirik ki, Böyük Britaniya ilə birlikdə azadlıq dəyərlərini müdafiə edəcəyik.

Mən Həmas tərəfindən saxlanılan girovların dərhal azad edilməsini istəyirəm. Sabah yox, indi. Biz Fələstin dövlətinin tanınması ilə bağlı Böyük Britaniya ilə razı deyilik. Netanyahuya təzyiq edəcəm, amma ilk növbədə girovlar azad edilməlidir.

Külək enerjisi bahalı bir zarafatdır, fəlakətdir.

TikTok məni seçkidə qazandı. Çin lideri ilə TikTok-u müzakirə etdim və biz yenidən görüşəcəyik. Biz TikTok ilə maraqlanırıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ