De Qoll Putindən vətəndaşlıq istədi: Ailəsi ilə Rusiyaya köçmək istəyir


Fransanın ilk prezidenti Şarl de Qollun nəvəsi Rusiyaya köçmək istəyir.

Turkustan.az xəbər verir ki, Pyer De Qoll Rusiya vətəndaşlığını almaq və ailəsi ilə birlikdə Rusiyaya köçmək niyyətindədir.

O, övladlarının gələcəyi naminə bunu etmək istəyir. De Qoll bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinin qərarını gözləyir.

De Qoll bu xəbəri Rusiya Dövlət Sosial Universitetinin tələbələri və müəllimləri ilə görüşündə bildirib.

Rusiya mətbuatı yazır ki, əgər Putin icazə verərsə, bu, Moskva ilə Paris arasında dostluğun simvolu olacaq. De Qollun oğlu artıq Rusiya universitetlərindən birində təhsil almağı planlaşdırır.

Pyer De Qoll hesab edir ki, siyasi vəziyyətə baxmayaraq, münasibətləri inkişaf etdirmək lazımdır./publika.az


MANŞET XƏBƏRLƏRİ