Zelenski: Ortalıq alovlanır, hava qalxanı yaratmalıyıq!


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozmasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, bu addıma “uyğun cavab” verilməli olduğunu vurğulayıb və Avropa üzərində effektiv hava qalxanının qurulmasının vacibliyini qeyd edib.

Zelenski rəsmi Telegram hesabında yaydığı açıqlamada Polşanın Baş naziri Donald Tusk, NATO-nun Baş katibi Mark Rutte, İtaliyanın Baş naziri Giorgia Meloni və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə telefon danışığı apardığını bildirib.

Telefon danışığı zamanı Rusiyaya məxsus PUA-ların Polşa hava məkanını pozması məsələsinin müzakirə edildiyini bildirən Zelenski deyib:
“Hamımız başa düşürük ki, bu, Rusiyadan gələn tamamilə fərqli bir eskalasiya səviyyəsidir. Müvafiq reaksiya verilməlidir.”

Ukrayna lideri, həmçinin əlavə edib:
“Ortaq hava hücumundan müdafiə sistemi üzərində işləməli və Avropa üzərində güclü, effektiv hava qalxanı yaratmalıyıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ