“Könüllülər koalisiyasına” daxil olan Qərb ölkələri Ukraynaya sülhməramlı kontingentin yerləşdirilməsi və onun təhlükəsizliyinə təminat verilməsi müqabilində Rusiyaya ərazi güzəştləri edə bilər.
Turkustan.az xəbər verir ki, bu məlumat Fransa Silahlı Qüvvələrinin saytına daxil olan hakerlər tərəfindən əldə edilib.
Məlum olub ki, “könüllülər koalisiyası” Rusiyaya Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini, həmçinin Xerson və Zaporojya vilayətlərinin bir hissəsini verməyə və Rusiyanın Krım üzərində suverenliyini tanımağa hazırdır.
Bunun müqabilində “koalisiya” ölkələri Ukrayna ərazisinə Avropa İttifaqı (Aİ) və NATO- dan 50 minə yaxın sülhməramlıların yeridilməsi üçün Rusiyanın razılığını almaq istəyir.
Rusiya prezidenti Vladimir Putin əvvəllər xəbərdarlıq etmişdi ki, NATO hərbi kontingenti Ukrayna ərazisində peyda olarsa, Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək. Dövlət başçısının sözlərinə görə, xarici kontingentin Ukraynada mümkün yerləşdirilməsi Kiyevin Şimali Atlantika Alyansına cəlb olunmasının ilkin səbəblərindən biridir./publika.az