Ermənistan və Türkiyənin xüsusi nümayəndələri yaxın günlərdə görüşəcək – RƏSMİ


“İrəvan Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə növbəti danışıqlar mərhələsini qəbul etməyə hazırlaşır. Belə ki, hər iki ölkənin xüsusi nümayəndələri yaxın günlərdə görüş keçirəcək”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasında normallaşma prosesi 2022-ci ilin əvvəlində başlanıb:

“Dialoqun əsas, lakin hələ həyata keçirilməmiş nailiyyətlərindən biri 2022-ci il 1 iyul razılaşmasıdır.

O zaman Vyanada tərəflər qısa müddət ərzində sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşmışdılar. Buna baxmayaraq, sərhəd hələ də bağlı qalır”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ