Ukraynadan uğurlu həmlə: Rus ordusu geri çəkildi, ərazilər azad olundu


Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Zariçne kəndi Rusiya işğalından azad edilib. Yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü bildirilir.

Xatırladaq ki, Ukraynanın “DeepState” monitorinq qrupu bundan əvvəl Donetsk vilayətinin Volodimirivka qəsəbəsininin Rusiya qoşunlarından təmizləndiyi barədə məlumat yayıb. Həmçinin Ukrayna ordusu Rusiya qüvvələrini regionda Razine, Zoloti Kolodyaz və Novotoretske yaşayış məntəqələri ətrafından geri çəkilməyə məcbur edib. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ